Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlik uğrunda mübarizə Donald Tramp Cənubi Karolinada keçirilən praymerizdən qalib gələcək və rəqibi Nikki Heylinin yarışı tərk etmək məcburiyyətində qalacaq. Bununla da faktiki olaraq mübarizə başa çatacaq.
HİT.az "Fox News"a istinadən xəbər verir ki, bunu Texas ştatından olan respublikaçı senator Ted Kruz deyib.
"Nyu Hempşir Nikkinin son cəhdi idi. O, bütün gücünü sərf etdi, arxasında bütün mötədil milyarderlər, heç vaxt Trump tərəfdarı olmayan bütün iş adamları var idi və Nikki uduzdu", deyə Ted Kruz bildirib.
Onun sözlərinə görə, Heyli prezidentlik hələlik yarışını tərk etmir, çünki onun yaxşı maliyyəsi var.
"Onun çeklərini yazan insanların çoxu Donald Trampa nifrət edir, lakin bu yarış Cənubi Karolinada bitəcək. Tramp qalib gələcək. O, sadəcə qələbə qazanmayacaq. O, ikirəqəmli fərqlə qalib gələcək", deyə senator bildirib.
Onun fikrincə, Nikki Heyli Cənubi Karolinada keçirilən praymerizdən 18 saat sonra prezidentlik yarışını tərk edəcək.
Samir