Macarıstan Ukraynaya "yox", Moldovaya "hə" dedi

DÜNYA
17:10 / 25.01.2024
507

Macarıstan Moldovanın Avropa İttifaqına daxil olmaq niyyətini dəstəkləyir, çünki bu addımın bütün cəmiyyətə fayda verə biləcəyinə və onun rəqabət qabiliyyətini artıracağına əmindir. 

HİT.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə Moldovanın baş nazirinin müavini, kənd təsərrüfatı və qida sənayesi naziri Vladimir Boley ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"Moldovanın inteqrasiya prosesinin sürətləndirilməsi Aİ-nin rəqabət qabiliyyətini bir daha yaxşılaşdıra bilməsini təmin etməyə kömək edəcək", deyə nazir bildirib.

Siyarto vurğulayıb ki, Budapeşt bu prosesdə Kişinyova dəstək verəcək. Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri açıq şəkildə bildirib ki, Budapeşt Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara qarşı çıxmaqda davam edir.

"Bəzi hallarda daha pis çıxış edən ölkələrin digər ölkələrin Avropaya inteqrasiya proseslərini oğurlamasına imkan verməməliyik", deyə nazir qeyd edib.

Samir

0