Cənubi Koreya Şimali Koreyanı gərginlik yaratmaq üçün təxribat törətməkdə ittiham etdi

DÜNYA
19:09 / 25.01.2024
622

Şimali Koreya yalan bəyanatlarla öz nüvə proqramına görə məsuliyyəti kənar oyunçuların üzərinə atmağa çalışır. 

HİT.az xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lim Su Seok jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

Belə ki, diplomat Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovun bəyanatına münasibət bildirib. Rusiyalı nazir Vaşinqton, Seul və Tokionun “hərbi blok yaratmaq” və regionda hərbi fəallığı artırmaq cəhdlərinə diqqət çəkib.

“Şimali Koreya öz cədvəlinə uyğun olaraq nüvə silahları və raketləri inkişaf etdirir, daim yalan və təhrifedici iddialar irəli sürür və bu hadisələrə haqq qazandırmaq üçün günahı başqalarının üzərinə yıxır", deyə Lim Soo Seok bildirib.

O əlavə edib ki, son vaxtlar Pxenyan Seula qarşı müxtəlif təxribatlar təşkil etməyə başlayıb. Xüsusən də Şimali Koreya hakimiyyəti iki ölkə arasındakı münasibətləri düşmən adlandırıb və Sarı dənizdə artilleriya atəşi həyata keçirib.

Diplomatın sözlərinə görə, bütün bunlar yarımadada gərginlik səviyyəsinin artmasına səbəb olub. Nəticədə Cənubi Koreya təhlükəsizliyini təmin etmək üçün təbii tədbirlər görməli olub.

Sonda o, Pxenyanı nüvə proqramından əl çəkməyə çağırıb. Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, onun hökuməti hələ də heç bir şərt olmadan Şimali Koreya ilə dialoqa açıqdır.

Samir

0