“Naxçıvan Dəmir Yolları” məşhur şirkəti məhkəməyə verdi

İQTİSADİYYAT
20:51 / 25.01.2024
573

“Naxçıvan Dəmir Yolları” MMC “Arkoz Travertin-Mərmər Zavodu” MMC-ni məhkəməyə verib. 

Hit.az xəbər verir ki, “Naxçıvan Dəmir Yolları”nın iddiasına Naxçıvan Muxtar Respublikası (MR) Kommersiya Məhkəməsində baxılacaq. 

İş hakim Elşən Salmanovun icraatındadır. 

Fevralın 20-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. 

İşin mahiyyəti daşıma müqaviləsi üzrə mübahisələrdən ibarətdir. 

Anar

0