Müğənni Ofeliya Şabanovanın proqramların birindəki çıxışı cəmiyyətdə böyük marağa səbəb olub. Sənətçi bu günə kimi həyat yoldaşının corablarını geyindirdiyini açıqlayıb:
"And olsun bizi yaradana, həyat yoldaşım Ceyhun əyilib corabını geyinməyib. Ona corabı özüm geyindirmişəm. Ona demişəm ki, heç zaman əyilmə. Səhnədə Ofeliya, evdə "Ofuşam".
Sosial şəbəkə izləyiciləri Ofeliya Şabanovanı Əməkdar artist Elnarə Abdullayevanın yolunu getməkdə ittiham edib.
Məsələyə sənətçi Elnarə Abdullayevanın da mövqeyini öyrəndik. Əməkdar artist Hit.az-a açıqlamasında Ofeliya Şabanovanı tanımadığını bildirib:
"Nə xoş mənə ki, kimsə məni təkrarlayır. Mən görməmişəm, nə də xanımı tanımıram. Bunu hansı mənada deyibsə, onun özü və eşidənlər bilir. Nə bilək, bəlkə onun da xarakteri elədir. Buna xalq qiymət verməlidir. Təki bütün Azərbaycanda oxuyanlar məni təkrarlasın, amma mənim kimi olsunlar. Yaxşı işin arxasınca bir neçə insan gedirsə, nə xoş. Çox istərdim ki, kütləvi olaraq mənim arxamca getsinlər. Getdiyimiz yer bəllidir. Mən öz payıma deyirəm, bu xalqam, xalq mənəm, mən Azərbaycanam. Mən Azərbaycan mədəniyyətiyəm, Azərbaycan xanımıyam və eyni zamanda Azərbaycan da mənəm. Kimsə yaxşı iş görmək istəyirsə nə xoş bizim haımıza. Bir nəfərin arxasınca 100 nəfər gedirsə nə gözəl. Hər halda pis şeyi təkrarlamırıq".
Azra