Ukrayna böhranı və Fələstin-İsrail münaqişəsinin çoxlu ortaq cəhətləri var, çünki onlar müasir geosiyasətdə dünyanın çoxqütblülük istiqamətində hərəkətini xarakterizə edən “titanik” dəyişiklikləri əks etdirir.
HİT.az xəbər verir ki, bu barədə "New York Times"ın köşə yazarı Tomas Fridman yazıb.
“Bu iki döyüş cəbhəsi çox fərqli görünsə də, əslində ortaq cəhətləri çoxdur. Onlar dəyərləri və maraqları dünyamızda üstünlük təşkil edəcək bir-birinə zidd olan iki dövlət şəbəkəsi və qeyri-dövlət aktorları arasında titanik geosiyasi mübarizəni əks etdirir", deyə köşə yazarı yazıb.
Fridmanın fikrincə, dünya nizamında bir tərəfdən qapalı, avtokratik sistemləri qoruyub saxlamağa çalışan “Müqavimət Şəbəkəsi”, digər tərəfdən isə daha açıq, bir-biri ilə əlaqəli, plürallaşdırıcı sistemlər yaratmağa çalışan “İnklüzivlik Şəbəkəsi” sistemləri mövcuddur. Müşahidəçi yazır ki, iki “şəbəkə” arasındakı mübarizə yaranan yeni dünya nizamını əks etdirir.
Samir