FIDE azərbaycanlı mütəxəssisi ilin məşqçisi adına layiq gördü

İDMAN
16:16 / 27.01.2024
461

Beynəlxalq qrossmeyster Cahangir Ağarəhimov dünyada yeniyetmələr üzrə ilin ən yaxşı məşqçisi kimi Mark Dvoretski mükafatına layiq görülüb.

"Report" Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadən xəbər verir ki, əməkdar məşqçi 2023-cü ilin ən yaxşı mütəxəssislərinin siyahısında göstərilib.

Qeyd edək ki, C.Ağarəhimov beynəlxalq qrossmeyster və ustaların yetişməsində böyük rol oynayıb. Onun yetirmələri müxtəlif yaş qrupları üzrə Avropa çempionatının qalibi və medalçıları olublar. 2022-ci ildə onun tələbəsi, beynəlxalq qrossmeyster Abdulla Qədimbəyli 20 yaşadək gənclər arasında dünya çempionatının qalibi adını qazanıb.

0