Yaponiyanın nəhəng avtomobil istehsalçısı "Toyota"nın "GR86" modeli satışları ilə diqqət çəkib.
Hit.az xəbər verir ki, sözügedən modelin xüsusilə Avropadakı satışları kifayət qədər yüksək olub.
Belə ki, "GR86" modeli ötən il Avropada 4041 ədəd satılıb. Üstəlik, son zamanlarda çox populyar olan "Prius" modeli belə "GR86"-nın gerisində qalıb. Məlumat üçün qeyd edək ki, "Prius"un müvafiq dövr üzrə satışlarının sayı 2755 ədəd olub.
"Toyota"nın ən yaxşı hibrid modellərindən biri olaraq göstərilən "Prius"un belə geridə qalması da təəccüblə qarşılanıb. İşin ən maraqlı tərəfi isə şirkətin 2021-ci ildə "GR86" modelinin 2024-cü ildən sonra satılmayacağını açıqlamış olmasıdır.
Pərviz