Rusiyada müxalifət lideri, hazırda həbsdə olan Aleksey Navalnının mətbuat katibi Kira Yarmış cinayət maddəsi ilə yenidən axtarışa verilib.
HİT.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında qeyd olunub.
Lakin onun konkret hansı maddə ilə tələb olunduğu açıqlanmayıb.
Bundan əvvəl Basmannı məhkəməsi FBK-nın rəhbərini (Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent funksiyalarını yerinə yetirən təşkilatların reyestrinə daxil edilib, ekstremist təşkilat kimi tanınıb və fəaliyyəti qadağan edilib) Mariya Pevçixi qiyabi həbs edib. Həmçinin Rusiya Federasiyasında xarici agent kimi tanınan Kira Yarmış, Dmitri Nizovtsev və Anna Biryukova axtarışa verilib.
Pevçix eyni anda üç maddədə ittiham olunur: “Ekstremist icmanın təşkili”, “RF Silahlı Qüvvələri haqqında bilərəkdən yalan məlumatların yayılması” və “Vandalizm”.
Nizovtsev və Yarmış ekstremist icmada iştirakda və Rusiya hərbçiləri haqqında saxta xəbərlər yaymaqda ittiham olunurlar. Mətbuat xidməti qeyd edib ki, Biryukova terror aktına açıq çağırışlarda, ictimai bəraət qazandırmaqda və ya terroru təbliğ etməkdə ittiham olunur.
Onlar haqqında Rusiya ərazisinə ekstradisiya edildiyi andan və ya Rusiya Federasiyasının ərazisində saxlandığı andan iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Samir