AP-nin vitse-prezidenti Ukraynanın Aİ-yə sürətlə qəbul edilməsinə qarşı çıxdı

DÜNYA
17:35 / 29.01.2024
366

Avropa Parlamentinin (AP) vitse-prezidenti Yan-Kristof Etyen Ukraynanın Avropa İttifaqına sürətlə daxil olmasının əleyhinə çıxış edib. 

HİT.az “Die Zeit”ə istinadən xəbər verir ki, o, bu barədə “Nordwest-Zeitung” qəzetinə məlumat verib.

"Güzəştlər olmamalıdır, qanunun aliliyi və korrupsiya ilə mübarizə kimi meyarlara əməl edilməlidir. Buna görə də Ukraynanı birliyə tez qəbul etmək olmaz", deyə Etyen bildirib.

Eyni zamanda, AP sədrinin müavini vurğulayıb ki, birlik yeni üzvlərə açıq olmalı və genişlənməyə hazır olmalıdır. O əlavə edib ki, Aİ hələ də Ukrayna ilə daha sıx əməkdaşlıq edə bilər.

Bundan əvvəl Ukraynanın baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina bildirmişdi ki, ölkənin Avropa İttifaqına daxil olmaq üzrə öhdəliklərini yerinə yetirmək üçün cəmi bir neçə il vaxtı olacaq.

Samir

0