Paşinyanın absurd təklifinə cavab: "Qəbuledilməzdir"

SİYASƏT
13:34 / 30.01.2024
1336

“Biz Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmini, habelə sülh müqaviləsinin bağlanmasının gecikdiriləcəyi təqdirdə, hücum etməmək haqqında paktı imzalamağı təklif etmişik”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Maraqlıdır, Paşinyan belə sərsəm təkliflə nəyə nail olmağa çalışır? 

Politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında Nikol Paşinyanın təklifini şərh edib. O, bildirib ki, bu, ucuz populizmdən başqa bir şey deyil:

342732

"Paşinyan sadəcə olaraq bununla beynəlxalq ictimai rəydə özünü sülh təşəbbüskarı kimi qələmə verməyə çalışır. Həmçinin, bu addımı ilə Azərbaycan əleyhinə təbliğata yeni nəfəs verməyə cəhd edir. Artıq uzun müddətdir ki, ayrı-ayrı dövlətlərin Azərbaycanla bağlı bəyanatları və müxtəlif qurumlarda ölkəmiz əleyhinə qəbul olunan qətnamələr qəbul olunur. 

Üstəlik, onların hər birində guya Azərbaycanın Ermənistana ərazi iddiasının olduğu və hətta Ermənistan ərazisinə "hücum etmə" planları kimi cəfəngiyyatlar öz əksini tapır. Faktiki olaraq, beynəlxalq ictimai rəydə bu yöndə təbliğat aparılır".

Ekspert qeyd edib ki, Paşinyanın hücum etməmək haqqında paktı imzalamaq təklifi də bu təbliğata yönəlib:

"Əslində bunlar Azərbaycanın sülh təkliflərindən yayınmaq və hər dəfə ortaya yeni bəhanələr atmaqla sülh prosesini "tormuzlamağa" yönəlmiş təkliflərdir. Ümumiyyətlə, bu cür sənədlərin imzalanması və müzakirə predmetinə çevrilməsi Azərbaycan üçün qəbuledilməzdir. 

Rəsmi İrəvan sadəcə olaraq vaxt qazanmağa çalışır. Ermənistan havadarları tərəfindən hələ də sülh sazişi imzalamaq barədə aldığı göstərişləri icra etmək üçün belə süni maneələr ortaya atır. Görünür, Paşinyan qəbuledilməz təkliflərlə vaxt qazanmaq niyyətindədir". 

Pərviz

0