"Birmənalı şəkildə bunu deyənlərin fəxri adları əllərindən alınmalıdır".
Bunu Hit.az-a açıqlamasında Əməkdar müəllim Qəzənfər Abbasov Elza Seyidcahanın fikirlərinə münasibət bildirərkən deyib.
Xanəndə bildirib ki, bu milli sərvətimiz olan muğamlara qarşı həqarətdir:
"Onlar nə Əməkdar, nə də Xalq artistləridir. Milli mentalitetimiz dünyaya muğamla bəlli olur".
Qəzənfər Abbasov muğam sənətinin Elza Seyidcahana aid olmadığını vurğulayıb:
"Elza muğam oxuyan deyil axı, bunun ona aidiyyatı yoxdur. Öz janrında oxuyur. Nə qədər ürəyi sağlamdır, oxusun".
Əməkdar artist, bəstəkar Elza Seyidcahan verilişlərin birində “Öz qulağımla eşitmişəm, bəzi Əməkdar və Xalq artistlərimiz efirdə söyləyib ki, muğam oxudum, acından öldüm", deyib.
Azra