Orban: "2022-ci ildə Tramp prezident olsaydı, Avropada müharibə olmazdı"

DÜNYA
17:44 / 30.01.2024
319

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən seçilərsə, Ukraynadakı münaqişəni dayandırmağa qadirdir. 

HİT.az xəbər verir ki, o, bu barədə “Le Point” nəşrinə müsahibəsində danışıb.

“Mənim şəxsi əminliyim odur ki, ABŞ prezidentinin adı 2022-ci ilin fevralında Donald Tramp olsaydı, Avropada müharibə olmazdı", deyə Orban bildirib.

O qeyd edib ki, Tramp müharibəni dayandıracaq qədər güclü liderdir.

"Dünyada sülhün bir adı var: Donald Tramp", deyə Orban əlavə edib.

Tramp əvvəllər belə bir fikri ifadə etmişdi ki, prezidentliyi dövründə siyasi rəqibləri və həmkarları ondan qorxurdular və hörmət edirdilər, lakin o, Rusiya prezidenti Vladimir Putinlə anlaşıb. Keçmiş Amerika prezidenti ağıllı siyasətçi adlandırdığı Orban haqqında da yüksək danışıb.

Samir

0