Litva prezidenti müdafiəyə ayrılan pulun olmamasından narazıdır

DÜNYA
23:40 / 30.01.2024
401

Litva prezidenti Gitanas Nauseda müdafiə ehtiyacları üçün vəsaitin hələ də tapılmamasından narazıdır, parlamentdəki partiyalar isə seçkilər ərəfəsində bu istiqamətdə işləməkdən çəkinir. 

HİT.az bu barədə "Sputnik Litva"ya istinadən xəbər verir.

"Durum çox yaxşı deyil. Bu dəyişdirilə bilərmi? Əvvəla, bu, tərəflər arasında razılaşmadır. Partiyalar açıq şəkildə deyə bilərmi ki, biz seçkilərə bir neçə ay qalmış yeni vergilər tətbiq edəcəyik? Onlar bunu etməkdə çox istəksizdirlər", deyə Nauseda bildirib.

Bundan əvvəl Litva parlamentinin spikeri Viktoriya Kmilite-Nielsen ordunun maliyyələşdirilməsi üçün ölkə vətəndaşlarından borc alınması ideyasını məqbul adlandırmışdı.

Litvada prezident seçkiləri 2024-cü ilin mayında keçiriləcək. 2023-cü il dekabrın əvvəlində Nauseda ikinci müddətə namizəd olmaq niyyətini açıqlayıb.

Samir

0