ETX “Whatsapp”la bağlı xəbərdarlıq etdi

TEXNO
16:23 / 30.01.2024
1655

Hazırda vətəndaşların “Whatsapp” hesablarının ələ keçirilməsi halı müşahidə olunur. Bu isə öz növbəsində təhlükəsizliklə bağlı tədbirlərin görülməsini zəruri edir.

HİT.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətinin “Whatsapp”la bağlı əhali üçün yaydığı xəbərdarlıqda bildirilib.

"Qeyd olunanları nəzərə alaraq “Whatsapp” hesabınızın təhlükəsizliyi ilə bağlı paylaşımda qeyd olunan təlimatlara riayət etməyinizi, belə hallarla qarşılaşdıqda 1654 qaynar xətti əlaqə saxlamağınızı və ya [email protected] e-poçt ünvanına müraciətinizi ətraflı şəkildə (ad, soyad, əlaqə vasitəsi, müvafiq ekran görüntüsü və s. kimi məlumatları da daxil etməklə) qeyd etməyinizi xahiş edirik", - deyə məlumatda bildirilib.

0