Benyamin Netanyahu: "İsrail ordusunu Qəzzadan çıxarmayacaq"

DÜNYA
22:52 / 30.01.2024
426

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, ölkə Qəzza zolağından qoşunlarını çıxarmaq niyyətində deyil.

HİT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Mən hər cür sövdələşmələr haqqında bəyanatlar eşidirəm, ona görə də aydınlaşdırmaq istəyirəm: biz bu müharibəni onun bütün məqsədlərinə çatana qədər bitirməyəcəyik, bu da HƏMAS-ın məhv edilməsi, bütün girovlarımızın geri qaytarılması və Qəzzanın təmin olunması deməkdir. Artıq İsrail üçün təhlükə yoxdur deyə biləndə bu baş verəcək", deyə Netanyahu bildirib.

Bundan əvvək HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə bildirib ki, HƏMAS İsraillə silahlı münaqişə çərçivəsində atəşkəs təklifi alıb. Haniyə vurğulayıb ki, HƏMAS rəhbərliyi təklifi öyrənmək və öz prioritetləri əsasında cavab vermək niyyətindədir. Xüsusilə, söhbət Qəzza zolağının sakinlərinə qarşı təcavüzün dayandırılmasından və İsrail Müdafiə Qüvvələrinin (İDF) anklav ərazisindən tamamilə çıxarılmasından gedir.

Samir

0