Azərbaycan nefti bahalaşdı

İQTİSADİYYAT
10:00 / 31.01.2024
232

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti bahalaşıb.

HİT.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0,14 ABŞ dolları və ya 0,16% artaraq 87,54 ABŞ dollarına yüksəlib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

0