Tənqidlərin ardından "Changan"da rəhbər dəyişikliyi: Problemlər həll olunacaq?

AVTO
10:39 / 31.01.2024
1146

Məlum olduğu kimi, son zamanlarda tənqidlərin hədəfi olan Çinin avtomobil istehsalçısı "Changan"ın Azərbaycandakı distributorunda dəyişlik yaşanıb. 

Hit.az xəbər verir ki, Orxan Bayramov Toğrul Paşayevin yerinə "Changan Azərbaijan"ın rəhbəri təyin olunub. 

Əslində bu dəyişiklik gözlənilən idi. Çünki "Changan" avtomobillərini sürən insanların narazılığı gün keçdikcə daha da artırdı. Əsas səbəb sözügedən firmanın avtomobillərində ciddi nöqsanların meydana gəlməsi idi. Digər səbəb isə müştərilərin yaşadığı narazılıqla bağlı idi. 

Belə ki, onlar, avtomobillərinin ehtiyat hissələrini ölkədə tapa bilmirdilər. Müştərilərə kömək etməli olan "Changan Azərbaijan" isə bu vəzifənin öhdəsindən layiqincə gələ bilmirdi. Bu barədə şikayətləri görmək üçün ən azından sosial şəbəkələrdə edilən paylaşımlara da nəzər salmaq olar. 

Sürücülər "Changan" avtomobillərində müxtəlif problemlərin yarandığını, amma ölkəmizdəki distributordan texniki dəstək ala bilmədiklərindən gileylənirdilər. Onlar, problem olanda əminliklə müraciət edəcəkləri distributorunun olmasını istəyirlər.

Yaşanan rəhbər dəyişikliyindən sonra vəziyyətin necə olacağını isə zaman göstərəcək. Lakin vəziyyətin müsbət mənada dəyişməsi gözlənilən və arzuolunandır. 

Pərviz

0