Cənubi Koreya prezidenti Yun Seok-yeol Şimali Koreyadakı hazırkı hökuməti tənqid edərək, onu "ağılsız qrup" və "irsi totalitar rejim" adlandırıb.
HİT.Az xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.
Onun sözlərinə görə, Şimali Koreya rejimi dünyada yeganədir ki, qanuni səviyyədə qabaqlayıcı nüvə zərbəsinə icazə verib.
"Əgər onlar ağıllı olsaydılar, xalqlarına daha yaxşı həyat bəxş etməyin yollarını tapmaq lehinə nüvə silahlarından imtina edərdilər, lakin onlar miras qalmış totalitar rejimini qorumaq üçün hər şey etməyə hazırdırlar", deyə Yoon Seok-yeol bildirib.
Cənubi Koreya rəhbəri həmçinin Kim Çen Inın Pxenyan və Seulun sülh yolu ilə birləşməsinin mümkünsüzlüyü ilə bağlı bəyanatlarını tənqid edib:
“Bu cür hərəkətlər özlüyündə antimilli xarakter daşıyır, birləşməyə ziddir, tarixə zidd olan təxribat və təhdidlərdir".
Samir