SEPAH rəhbəri: "ABŞ-la müharibədən qorxmuruq"

DÜNYA
18:10 / 31.01.2024
595

İran Qərbdən, xüsusən də ABŞ-dan gələn heç bir təhlükəni cavabsız qoymayacaq. 

HİT.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri general Hüseyn Səlami bildirib.

Onun sözlərinə görə, Amerika rəsmiləri tərəfindən İrana qarşı təhdidlər peyda olur.

Salami ABŞ-ın İranın nəyə qadir olduğunu sınadığını vurğulayıb. O qeyd edib ki, İslam Respublikası heç bir təhlükəni cavabsız qoymayıb.

Eyni zamanda general əlavə edib ki, İran müharibə axtarmır, amma ondan da qaçmır.

Yanvarın 3-də axşam İranda SEPAH generalı Qasım Süleymaninin xatirəsinə yas mərasimləri zamanı iki partlayış baş verib. Amerikanın “Wall Street Journal” qəzeti yazıb ki, ABŞ İrana yanvarın əvvəlində Kirmanda törədilən terror aktı ilə bağlı gizli xəbərdarlıq edib. Tehran bu məlumatı təkzib edib. Məlumatlı diplomatik mənbə İRNA agentliyinə bunun baş vermədiyini bildirib.

Samir

0