Aktyor: \"Əgər teatra lazım deyiləmsə...\"

13:05 / 01.02.2024
468

"Gənc Tamaşaçılar Teatrında vaxtı ilə oynadığım tamaşaların bəziləri repertuardan çıxarılıb".

Bunu Hit.az-a açıqlamasında teatrın aktyoru Natiq Fərzəliyev deyib. Aktyor hazırda Mingəçevir Dövlət Dram Teatrında tamaşalar oynadığını bildirib:

"Mən səhnədə olduğum müddətdə daima repertuarda olan tamaşalarda rollarım olub. Hətta ayrıca adımla afişalar da asılıb. Teatra çox böyük xeyrim dəyib, mənə görə ayrıca tamaşalar oynanılıb. Rollarımın sayı-hesabı olmayıb, teatra pul gətirən aktyor olmuşam. İndi istəyirlər rol versinlər, istəmirlər yox. Əgər mən teatra lazım deyiləmsə, niyə başqa teatrlardan dəvət alıram? Deməli, bu gün tamaşaçılar məni sevir".

Aktyor həmçinin Ağdam və Lənkəran dövlət teatrlarında da tamaşalar oynadığını əlavə edib.

Azra 

0