Qaribaşivili hakim partiyasının sədri seçildi

DÜNYA
14:18 / 01.02.2024
383

Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşivili rəsmi olaraq hakim Gürcü arzusu - Demokratik Gürcüstan Partiyasının sədri olub.

HİT.az “Sputnik Gerogia”ya istinadən xəbər verir ki, fevralın 1-də partiyanın növbədənkənar 8-ci qurultayı yekdilliklə bu barədə qərar qəbul edib.

Qeyd edək ki, İrakli Qaribaşivili bu il yanvarın 29-da baş nazir vəzifəsindən istefa verib.

0