Avropa İttifaqı diplomatiyasının rəhbəri Cozep Borrell bildirib ki, İsrailin təşkilatın HƏMAS hücumlarında əli olması və davam edən təhqiqatla bağlı ittihamlarına baxmayaraq, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyini (UNRWA) maliyyələşdirməyə davam etmək lazımdır.
HİT.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Fevralın 1-də Brüsseldə Aİ-nin xüsusi sammiti keçirilir. Borrell qeyd edib ki, tədbir zamanı o, UNRWA-nın maliyyələşdirilməsi və dəstəyinin davam etdirilməsinin zəruriliyindən danışmaq niyyətindədir. Onun fikrincə, radikal HƏMAS hərəkatının yaraqlılarının hərəkətlərinə görə fələstinlilərin kollektiv cəzalandırılmasına yol verilə bilməz.
"İstintaq davam edir, lakin bu o demək deyil ki, iş dayandırılmalıdır", deyə Borrell vurğulayıb.
Bu ay İsrail UNRWA-nın bəzi əməkdaşlarını HƏMAS-ın 7 oktyabrda İsrail yaşayış məntəqələrinə hücumunda əli olmaqda ittiham edib və onların müqavilələrinə xitam vermək qərarına gəlib. Daha sonra ABŞ, ardından bir neçə başqa ölkə bu iddialara görə UNRWA-nın maliyyələşdirilməsini dayandırıb.
Samir