Litva hökuməti Vilnüs meriyasının rus dilini ikinci xarici dil kimi məktəblərdə öyrənilən dillər siyahısından çıxarmaq qərarını müsbət qiymətləndirib.
HİT.az xəbər verir ki, bu barədə ölkənin təhsil, elm və idman naziri Gintautas Jakştas “Zinu radijas” radiostansiyasına müsahibəsində bildirib.
“Meriyanın qərarını çox müsbət qiymətləndirirəm. Biz görürük ki, paytaxtın özünüidarəsi dil öyrənilməsinə ciddi sərmayələr yatırmağa meyllidir, çünki tələbələrin ikinci xarici dil kimi təhsil alması üçün konkret dil seçimində çətinliklər yaranır, o cümlədən xarici dil müəllimlərinin çatışmazlığı var", deyə Jakstas bildirib.
Yanvarın 27-də Vilnüs merinin müavini Arunas Şileris bildirib ki, 2024-cü ilin sentyabrından Litvanın paytaxtının məktəbləri şagirdlərə rus dilini ikinci xarici dil kimi öyrənməyi təklif etməyəcək. Şilerisin sözlərinə görə, Vilnüs Avropa ittifaqı dillərinin əlçatanlığını artırmağa çalışır və ispan dili rus dilini perspektivli əvəzetmə olacaq.
Yanvarın 31-də Litvanın təhsil, elm və idman naziri Gintautas Jakstas rus məktəblərinin bağlanması məsələsinin hələlik təxirə salındığını bildirib.
Samir