Polşa xüsusi təyinatlı dəstəsinin keçmiş komandiri, general Roman Polko bildirib ki, Volodimir Zelenski ilə Valeri Zalujnı arasında fikir ayrılığı, eləcə də Ukrayna Silahlı Qüvvələrinin baş komandanının istefaya getməsi ilə bağlı xəbərlər ölkənin silahlı qüvvələrinə və Qərb ölkələrinin dəstəyinə mənfi təsir edir.
HİT.az xəbər verir ki, o, bu fikri "Do Rzeczy" ilə söhbətində bildirib.
“Bu, döyüş meydanında döyüşən əsgərlərin özlərinin əhval-ruhiyyəsini məhv edir. Zalujnının çox ciddi reputasiyası var və ona hörmət edirlər”, deyə Polko bildirib.
O, həmçinin qeyd edib ki, Kiyevə əlavə dəstək məsələsinin həll olunduğu bir vaxtda Qərb ölkələri Ukraynada korrupsiya və daxili fikir ayrılıqlarını müşahidə edirlər.
“Bunun Ukraynaya faydası yoxdur", deyə deyə general vurğulayıb.
Fevralın 1-də CNN yazıb ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının vəzifədən azad edilməsi haqqında fərman bu həftə imzalanacaq.
Samir