NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanı Birləşmiş Ştatlar üçün “yaxşı anlaşma” adlandırıb, çünki Vaşinqtonun Kiyevə yatırdığı pulun böyük hissəsi Ukraynaya göndərilən avadanlıqları almaq üçün ABŞ-da qalır.
HİT.az xəbər verir ki, Stoltenberq bunu “Washington Examiner” nəşrinə müsahibəsində deyib.
“Ukrayna Birləşmiş Ştatlar üçün yaxşı sövdələşmədir... ABŞ-ın Ukraynaya verdiyi pulun böyük hissəsi əslində bizim Ukraynaya göndərdiyimiz Amerika avadanlıqlarını almaq üçün buraya - ABŞ-a yatırılır. Beləliklə, bu, hamımıza daha çox təhlükəsizlik verir və ABŞ müdafiə sənayesini daha güclü edir”, deyə baş katib bildirib.
O qeyd edib ki, ABŞ-ın müttəfiqlərdən müdafiə müqavilələri iqtisadi və təhlükəsizlik baxımından mühüm amilə çevrilib. “Bu, ABŞ-ın təhlükəsizlik maraqlarına və iqtisadi maraqlara uyğundur, Birləşmiş Ştatlar üçün yaxşı nəticədir", deyə Stoltenberq yekunlaşdırıb.
Samir