"Olaf Şolts hələ də Rusiyanın Avropadakı ən mühüm rolunu tanıyır"

DÜNYA
21:37 / 02.02.2024
364

Almaniya kansleri Olaf Şolts Ukrayna böhranı ilə bağlı mövqeyinə baxmayaraq, Rusiyanın Avropanın təhlükəsizliyi baxımından ən vacib dövlət olaraq qaldığını etiraf edir. 

HİT.az xəbər verir ki, bunu Xristian Demokratik Birlik (CDU) Partiyasından olan Bundestaq deputatı Norbert Röttgen deyib. Onun sözlərini "Bild" yayımlayıb.

"Fikrimcə, Almaniya kansleri hələ də inanır ki, bütün baş verənlərə baxmayaraq, Rusiya Avropanın təhlükəsizliyi üçün Almaniya və Rusiya arasındakı bütün dövlətlərdən daha vacibdir və belə olaraq qalır", deyə Röttgen vurğulayıb.

Deputat qeyd edib ki, Şolts Ukraynanın qalib gəlməli olduğunu demir, Kiyevin uduzmamasının vacibliyini bəyan edir. Röttgenin fikrincə, Şoltsun siyasi düsturu "hərbi çıxılmaz vəziyyətdən" ibarətdir.

Samir

0