İran prezidenti İbrahim Rəisi ölkəsinin heç kimlə müharibəyə başlamaq niyyətində olmadığını, lakin onu qorxutmaq cəhdlərinə qətiyyətlə cavab verəcəyini bildirib.
HİT.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mılumat yayıb.
"Biz heç bir müharibəyə başlamayacağıq, amma kimsə bizi qorxutmaq istəsə, sərt cavab alacaq", deyə İran lideri bildirib.
Bir gün əvvəl CBS telekanalı ABŞ rəhbərliyinin İrandakı hədəflərə hücum planını təsdiqlədiyini və bir neçə gün ərzində həyata keçiriləcəyini bildirmişdi.
Yanvarın 28-nə keçən gecə İrana məxsus pilotsuz təyyarə Suriya və İordaniya sərhədində yerləşən ABŞ hərbi bazasına hücum edib. CNN yazır ki, Qəzza zolağında münaqişə başlayandan bəri ABŞ silahlı qüvvələri ilk dəfə belə hücumdan sonra şəxsi heyət itkisinə məruz qalıb.
Daha sonra Pentaqonun rəhbəri Lloyd Ostin bildirib ki, Birləşmiş Ştatlar öz ordusuna hücumlara dözməyəcək və Yaxın Şərqdə öz qüvvələrini və maraqlarını qorumaq üçün bütün tədbirləri görəcək.
Bu hadisələrdən əvvəl İranın dəstəklədiyi husilər Qırmızı dənizdə Amerikanın ticarət gəmilərinə dəfələrlə hücum etmişdilər. ABŞ, Böyük Britaniya və başqa ölkələr yaraqlılardan qorunmaq üçün ora öz hərbi gəmilərini göndəriblər.
Samir