Yunanıstan haqqında bunları bilirdiniz? - 10 FAKT

MARAQLI
18:37 / 02.02.2024
1348

Bu gün fəlsəfə və riyaziyyatın yarandığı ölkə olan Yunanıstana nəzər salacağıq. 

Bu ölkə qədim yunan mədəniyyətinin izlərini daşıyan küçələri və özünəməxsus tarixi irsi ilə turistlərin də marağa səbəb olur. Bir çox fərqli sivilizasiya və mədəniyyətə ev sahibliyi edən Yunanıstan il ərzində ən çox turistin ziyarət etdiyi ölkələr sırasındadır. Yunan sivilizasiyasının davamı olan Yunanıstan 1830-cu ildə müstəqilliyini elan edib. 6 min adası olan ölkənin UNESCO tərəfindən qorunan 17 bölgəsi var.

Ölkənin paytaxtı və əhalinin ən sıx məskunlaşdığı şəhəri Afinadır. Sözügedən şəhər Avropa İttifaqının yeddinci böyük şəhəridir. Yunanıstan Avropa İttifaqı ölkəsi olduğu üçün pul vahidi olaraq avrodan istifadə edir. Ölkə əhalisinin 99 faizi yunan dilində danışır. Yunanıstan əhalisinin sayı 10,5 milyondan çoxdur.

İndi isə Yunanıstan haqqında ən maraqlı 10 məlumatı diqqətinizə çatdırırıq:

Hit.az sözügedən məlumatları təqdim edir:

1. Yunan dili 3 min illik tarixi olan Avropanın ən qədim dili ünvanına sahibdir.
2. Yunanıstanda insanlar salam kimi əl yelləmirlər. Çünki bu hərəkət onlarda təhqir mənasını verir. 
3. Yunanıstanda çox maraqlı bir adət var. Belə ki, orada ad günləri doğum günlərindən daha vacib gün sayılır. Yəni hər kəsin adını qeyd etmək üçün xüsusi bir günü var.
4. Dünyada ən çox arxeoloji muzeyin olduğu ölkə məhz Yunanıstandır.
5. 1950-ci ilə qədər Yunanıstanda insanların yalnız 30%-i oxuyub yaza bilirdi. Bu gün isə həmin göstərici 95 faizdən çoxdur. 
6. Avropa İttifaqında kommersiya gəmi donanmasının 70%-i Yunanıstana məxsusdur. Yunanıstan qanunlarına görə, ekipajın 75%-i bu ölkənin vətəndaşı olmalıdır.
7. Yunanıstan dünyanın ən günəşli ölkələrindən biridir. Hətta orada orta hesabla ilin 250 günü günəşli keçir. 
8. Sözügedən ölkədə qadınların orta ömrü 82, kişilərinki isə 77 ildir. Bu orta göstərici ilə Yunanıstan dünyada 26-cı yerdədir. Maraq üçün bildirək ki, ABŞ həmin siyahıda 49-cu sıradadır. 
9. Avropa İttifaqına üzv ölkələr arasında ən aşağı boşanma göstəricisi Yunanıstandadır. Lakin orada da abort sayı çox yüksəkdir. 
10. Yunanıstanın yerli pul vahidi olan Draxma 2650 illik tarixi olan ən qədim pul vahididir. Lakin o, 2002-ci ildə avro ilə əvəz olunub. 

Pərviz

0