“Lili” adlanan şirələri istənilən kiçik marketdən çox ucuz qiymətə almaq mümkündür.
Buzlu formada satılan bu içkilər uşaqlarda boğaz gəlməsinə və yüksək hərarətə səbəb olur.
Elə uşaqların özləri də bu şirələri içdikdən sonra xəstələndiklərini söyləyirlər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az- a deyib ki, bu içki ilə bağlı Azad İstehlakçılar Birliyinə çoxlu zənglər daxil olur:
“Şirə adlandırılan bu mayenin əslində heç bir natural şirə ilə əlaqəsi yoxdur. Üzərindəki ştrix kod da saxtadır. Azərbaycanda qeydiyyata alınmayıb, amma Azərbaycan prefiksi göstərilən ştrix kod qoyulub. Buraxılma müddəti ilə son yararlılıq müddəti arasındakı məsafə də çoxdur”.
Sevinc