Dəyəri 8 milyon manat olan narkotik ələ keçirilib, 5 mütəşəkkil dəstə ifşa olunub - VİDEO

ÖLKƏ
11:47 / 03.02.2024
355

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları yanvar ayında paytaxt və bölgələrdə 50-dən artıq əməliyyat keçirib.

Daxili İşlər Nazirliyindən HİT.az-a verilən xəbərə görə, nəticədə gənclərimizi və gələcəyimizi zəhərləyən 55 nəfərdən ibarət 5 mütəşəkkil dəstə ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 12-si ölkəmizə narkotik maddələr gətirən və polisin bir müddətdir ki, izinə düşdüyü şəxslər olub.

“Qara bazar"da dəyəri 8 milyon manat olan 212 kiloqram (heroin, tiryək, marixuana, metanmfetamin) narkotik vasitə və 12 min 791 ədəd psixotrop tərkibli metadon, tramadol və lirika həbi ələ keçirilib.

Narkoşəbəkənin digər üzvlərinin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilir.

 

0