Bir müddət əvvəl beynində şiş aşkarlanan türkiyəli müğənni Şimal səhhəti ilə bağlı açıqlama verib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında beynində daha üç şiş qaldığını bildirib. O "Beynimdəki digər üç kimyaterapiya almağa gəldim" - deyə, qeyd edib.
Xatırladaq ki, Şimal bir müddət əvvəl 8 saat davam edən əməliyyat keçirib.
O 2022-ci ildə il süd vəzi xərçənginə qalib gəlib. Daha sonra beynində şiş aşkarlanan ifaçı 43 kiloqrama qədər arıqlayıb.