Qadını təhqir etdiyi deyilən vəzifəli şəxs haqda qərar verildi

ÖLKƏ
13:09 / 05.02.2024
347

Şərur Rayon Məhkəməsində barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş Düdəngə kənd icra nümayəndəsi Mübariz Quliyevə hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, məhkəmə M.Quliyevə Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi ilə bəraət verib.

Xəbəri rus dilində oxuyun: Авария, похожая на сцену из фильма в Баку – ВИДЕО

Bildirilib ki, kənddə yerləşən mədəniyyət evinin metodisti G.Əhmədova icra nümayəndəsinin onu təhqir etdiyini və prinsip apardığını iddia edərək məhkəməyə müraciət edib. Lakin məhkəmə araşdırması zamanı ittihamlar sübuta yetirilməyib.

0