Alman juenlist: "Son zamanlar baş verən hər şeyi bir sözlə təsvir etmək olar - Xaos"

DÜNYA
22:50 / 05.02.2024
407

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının vəzifədən azad edilməsi ilə bağlı yaranan çaşqınlıq ölkə hökumətindəki iğtişaşlardan xəbər verir. 

HİT.az xəbər verir ki, bu barədə alman jurnalisti Paul Ronzeymer "Welt" kanalında bildirib.

"Son zamanlar baş verən hər şeyi bir sözlə təsvir etmək olar - Xaos", deyə jurnalist qeyd edib.

Ronzeymerin fikrincə, Ukrayna prezidenti Volodimir Zelenski ictimai təzyiqdən və öz populyarlığının azalmasından qorxa bilər və buna görə də hələ Zalujnı işdən çıxarmayıb.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanının vəzifəsindən azad edilməsi ilə bağlı şayiələr yanvarın 29-da yayılıb. Bir sıra KİV-lər, ictimai-siyasi xadimlər onun gözlənilən istefası ilə bağlı xəbərlər yayıblar.

Fevralın 2-də “The Washington Post” yazıb ki, Ukrayna hakimiyyəti Zelenskinin Zalujnını işdən çıxarmaq qərarı barədə ABŞ administrasiyasını xəbərdar edib. Nəşrin yazdığına görə, Ağ Ev bu ideyanı “dəstəkləməyib”, lakin “etiraz da etməyib”.

Fevralın 5-də “Ukrayinska Pravda” nəşri mənbələrə istinadən yazıb ki, ölkə ordusunun Baş Qərargah rəisi Sergey Şaptala hərbi liderlə birlikdə vəzifəsindən azad edilə bilər. İddialara görə, hər iki işdən çıxarılma artıq təsdiqlənib və zaman məsələsidir.

Samir

0