Elşən Xəzərin dayısı oğlu dəm qazından öldü

HADİSƏ
14:37 / 06.02.2024
448

Bakıda 19 yaşlı oğlan dəm qazından boğulub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Xətai rayonunun 7-ci Əhmədli küçəsindəki fərdi yaşayış evində baş verib. 2005-ci il təvəllüdlü Məmmədli Hacıbala Elman oğlu hamam otağında olarkən qazdan zəhərlənərək həyatını itirib. 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, vəfat edən gənc meyxanaçı Elşən Xəzərin dayısı oğludur.

0