Şarl Mişel: "Aİ-nin köməyi olmadan Kiyev su tapançası ilə döyüşməli olacaq"

DÜNYA
19:19 / 06.02.2024
586

Avropa İttfaqı Şurasının rəhbəri Şarl Mişel xəbərdarlıq edib ki, Alyansın köməyi olmadan Kiyev su tapançaları ilə döyüşməli olacaq. 

HİT.az xəbər verir ki, o, müvafiq bəyanatla Avropa Parlamentinin iclasında çıxış edib. 

Bir sıra deputatlar Ukraynaya yardımın davam etdirilməsinin əleyhinə çıxış ediblər. Şarl Mişel isə deyib ki, o, Kiyevə silah tədarükü zərurəti ilə bağlı şübhələrini ifadə edən ifrat solçu parlamentarilərin təkliflərindən məyus olub.

"Nə istəyirsən? Ukraynanın su tapançaları ilə özünü müdafiə etməsi və müzakirələr aparmasını? İstədiyiniz budur?", deyə Aİ Şurasının rəhbəri bildirib.

Bundan əvvəl o, Ukraynaya dəstəyi Avropa İttifaqının təhlükəsizliyinə sərmayə adlandırmışdı: "Mən vaxtaşırı şübhə toxumu səpməyə çalışanlara cavab vermək istəyirəm: Ukraynanı dəstəkləmək üçün hər bir avro bizim təhlükəsizliyimizə, rifahımıza, Avropa İttifaqının sabitliyinə qoyulan sərmayədir".

Samir

0