Azərbaycan nefti bahalaşdı

İQTİSADİYYAT
10:29 / 07.02.2024
319

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

HİT.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,55 ABŞ dolları, yaxud 1,88% artaraq 83,81 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

0