Azərbaycanın ən yaşlı seçicisi səs verdi - FOTO

ÖLKƏ
16:56 / 07.02.2024
577

93 saylı Ağdaş seçki dairəsinin 43 saylı məntəqəsində qeydə alınan ölkənin ən yaşlı seçicisi səs verib.

HİT.az  AZƏRTAC-a istinadən xəbər verir ki, Ağdaşın Hapıtlı kəndində yaşayan Barı Nəbiyeva 1900-cü ildə doğulub.

Ötən seçkilərdə olduğu kimi, bu dəfə də Barı nənənin evinə daşınan seçki qutusu aparılıb.

İstədiyi namizədə səs verən Barı Nəbiyeva qalib gələcək şəxsə uğurlar arzulayıb.

Xatırladaq ki, 93 saylı Ağdaş seçki dairəsi 51 seçki məntəqəsini əhatə edir.

0