Ürək əməliyyatı olunan Əməkdar artisti ziyarət etmək istəyənlərə qadağa qoyulub

MƏDƏNİYYƏT
20:06 / 08.02.2024
579

“Səhhətim yavaş-yavaş bərpa olunur, evin içərisində gəzirəm, hərəkət edirəm. Hətta dünən səs verməyə də getmişəm”.

Bunu Hit.az-a açıqlamasında Əməkdar artist, ağır ürək əməliyyatı keçirən Sərvər Əliyev deyib. Rejissor əməliyyatdan sonra ağrılarının olmadığını qeyd edib: 

“Hər şey yaxşıdır, amma ayağımdan damarlar çıxarılıb. Onlar bir az incidir. Əməliyyatın bir ayı tamam olacaq. Ürək ağrılarım yoxdur. Yaraların yeri incidir. Həkimlər deyir ki, məndə şəkər olduğundan yaralar gec sağalacaq. Hələ işə çıxmıram, müalicələrim ev şəraitində davam edir. Əməliyyatıma dövlət dəstək verib, sığorta ilə keçirilib. Hamıdan dəstək aldım”.

Rejissorun sözlərinə görə, onunla görüşə gəlmək istəyənlərə qadağa qoyulub:

“Evə gedib-gəlmək istəyənlərə qadağa qoyulub. Heç kimi yanıma buraxmırlar. Dəhşətli xəstəlik yayılıb. Xəstəlikdən qorxuram. Öskürə, asqıra bilmərəm”.

Qeyd edək ki, Əməkdar artist Şərvər Əliyev bir neçə həftə öncə ürək əməliyyatı keçirib.

Azra

0