Şolts Ukraynaya dəstəyi artırmağa və Putinə mesaj göndərməyə çağırdı

DÜNYA
20:25 / 08.02.2024
377

Almaniya kansleri Olaf Şolts jurnalistlərə bildirib ki, Avropa İttifaqı və ABŞ-ın Ukraynaya vəd etdiyi dəstək indi kifayət deyil, ona görə də onu artırmaq üçün bir yol tapmaq lazımdır. 

HİT.az bu barədə TASS-a istinadən xəbər verir.

O, qeyd edib ki, Avropa və ABŞ Ukraynaya dəstəyini gücləndirməlidir.

"Ukrayna həqiqətən, əlində olan hər şeylə özünü müdafiə edir, lakin bunu davam etdirə bilməsi üçün dəstəyə ehtiyacı var və Avropada, eləcə də Amerika Konqresinin qərarları ilə vəd edilənlər kifayət deyil", deyə Almaniya kansleri qeyd edib.

Eyni zamanda Şolts 2024-cü il büdcəsinə qərar verərkən və növbəti bir neçə il üçün öhdəliklər götürərkən Almaniyanın çox böyük töhfə verdiyini vurğulayıb.

"Hər yerdə kifayət qədər dəstək olmasa, bu, kifayət etməyəcək", deyə kansler bildirib.

Şolts həmçinin Rusiya prezidentinə aydın mesaj göndərməyə çağırıb.

"Bu ondan ibarətdir ki, Putin bizim dəstəyimizin azalacağına ümid edə bilməz, əksinə, kifayət qədər uzun müddət dəstək davam edəcək və böyük olacaq”, deyə kansler əlavə edib.

O, həmçinin xəbərdarlıq edib ki, Ukrayna Qərbin dəstəyinə baxmayaraq, mərmi "aclığı" ilə üzləşə bilər.

Samir

0