Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketinin bir hissəsi olaraq 55-ə yaxın şirkət və 60-dan çox fiziki şəxsə məhdudiyyətlər qoya bilər.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
“Aİ yeni tədbirlər paketinin bir hissəsi olaraq 55-ə yaxın şirkət və 60-dan çox şəxsə qarşı sanksiya tətbiq etməyi təklif edib", deyə nəşr yazıb.
Qeyd olunur ki, yeni məhdudiyyətlər silah istehsalı və Rusiya müdafiə sənayesində istifadə olunan texnologiyalar və elektronikanın tədarükü ilə bağlı fiziki və hüquqi şəxslərə təsir edəcək.
Fevral ayında “Politico” qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, Avropa İttifaqı rusiyalı diplomatlar üçün yeni məhdudiyyətləri müzakirə edir. 13-cü sanksiyalar paketi çərçivəsində onların hərəkətinin akkreditasiya ölkəsinə məhdudlaşdırılması təklif edilir. Bu təşəbbüs Çexiya tərəfindən irəli sürülüb, onun həyata keçirilməsini tələb edən ilk deyil.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Avropa İttifaqı rus diplomatlarının Şengen zonasında hərəkətini qadağan edərsə, Rusiya dərhal cavab verəcək.
Samir