"Dostluq" kinoteatrı sökülür? - FOTOLAR

ÖLKƏ
22:28 / 09.02.2024
618
Bakıda Stalin dövrünün memarlıq abidəsi hesab olunan "Dostluq” kinoteatrının sökülməsi ilə bağlı məlumat yayılıb.
 
HİT.az xəbər verir ki, bu barədə memar Elçin Əliyev sosial şəbəkə hesabında yazıb.
 
Onun sözlərinə görə, sökülən kinoteatrın yerində çoxmərtəbəli binanın inşa olunacağı bildirilir: "Bina 1952-ci ildə memar Məmməd Əliyevin layihəsi əsasında tikilib. Təəssüf ki, rəsmi mənbələrdə dəqiq məlumat yoxdur, amma öyrəndim ki, bir çox bakılıların yaddaşında qalan kinoteatrın yerində çoxmərtəbəli bina tikmək istəyirlər. Doğrudanmı Dövlət Şəhərsalma və Memarlıq Komitəsi Stalin dövrünə aid və şəhərlilərin yaddaşında qalan tarixi binanın yerində yeni layihəni təsdiq edə bilərdimi?”
 
 
Memar həmçinin qeyd edib ki, bundan əvvəl, 2021-ci ildə də analoji problem gündəmə gəlib və komitə "Dostluq” kinoteatrının yerində yaşayış binasının inşasının müzakirə mövzusu olmadığını açıqlayıb.
 
Məlumat üçün bildirək ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən "Dostluq” kinoteatrı 2017-ci ildə özəlləşdirilib. Kinoteatr özəlləşdirilənədək Mədəniyyət və Turizm Nazirliyinin (indiki Mədəniyyət Nazirliyi) balansında olub.
 
0