Cəlilabad sakini Ukraynada döyüş bölgəsində həlak oldu

HADİSƏ
15:43 / 11.02.2024
366

Cəlilabad sakini Ukraynada döyüş bölgəsində həlak olub.

"Report"un məlumatına görə, rayonun Alar kənd sakini, 1967-ci il təvəllüdlü Nurəddin Əzizov döyüşlər gedən bölgələrin birində yaralanaraq dünyasını dəyişib.

Hadisənin təfərrüatları hələlik məlum deyil.

Mərhumun nəşinin yaxın vaxtlarda rayona gətirilərək, dəfn olunması gözlənilir.

0