Oturaq iş insanları ölümə aparır? - ŞOK ARAŞDIRMA

MARAQLI
18:33 / 12.02.2024
584

Oturaq işdə çalışanlarla bağlı daha bir araşdırma aparılıb.

Hit.az xəbər verir ki, elm adamları oturaq işdə çalışanlarla bağlı təəccüblü nəticə ortaya çıxarıblar. 

Bildirilib ki, oturaq işdə çalışanların hər hansısa səbəbdən vaxtından əvvəl ölüm riski digər iş qruplarına nisbətən 16 faiz yüksəkdir. Həmçinin, sözügedən insanların ürək-damar xəstəliklərindən ölmə riski də digər iş qrupları ilə müqayisədə 34 faiz yüksək olduğu üzə çıxıb.

Amma elm adamları söyləyiblər ki, gündəlik iş rejiminə 15-30 dəqiqəlik fiziki fəaliyyət əlavə etməklə ölüm riskini oturaq işdə çalışmayanlarla eyni səviyyəyə endirmək olar. Mütəxəssislər hər 30 dəqiqədə bir oturmağa fasilə verilməsini məsləhət görüblər. Onlar, telefonla danışarkən ayağa qalxmağı və iş yoldaşları ilə qısa gəzintilər etməyi tövsiyə edir.

Qeyd olunub ki, hərəkətsiz həyat tərzi risklərin daha da artmasına gətirib çıxarır.

Pərviz

0