İnnovasiya və Təchizat Mərkəzi barəsində inzibati protokol tərtib olunub.
Hit.az xəbər verir ki, Mərkəzə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə ittiham irəli sürülüb.
İşə Binəqədi Rayon Məhkəməsində baxılacaq.
347-ci maddədə vəzifəli şəxslərin yüz əlli manat məbləğində, hüquqi şəxslərin isə üç yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulur
İnnovasiya və Təchizat Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərib. Ötən il Mərkəz TƏBİB-in tabeliyinə verilib.
Anar