40 yaşdan yuxarı kişilər üçün lazım olan müayinələr - Onkoloq açıqladı

MARAQLI
20:58 / 13.02.2024
483

Xərçəngin erkən mərhələdə aşkarlanması xəstəni şişdən tamamilə xilas edə bilər, buna görə də həkimlə müntəzəm müayinələrdən keçmək vacibdir. 

HİT.az xəbər verir ki, bu barədə Kalininqrad onkoloji mərkəzinin baş həkimi Kirill Barinov danışıb

"Mən kişilərin bədxassəli şişlərdən ölüm nisbətindən çox narahatam. Xüsusilə əmək qabiliyyətli yaşda. Kişilər həkimə getmirlər. Buna görə də ağciyər xərçəngi, mədə xərçəngi, kolon xərçəngi kimi xəstəliklər inkişaf edir. Onlar sözün əsl mənasında erkən mərhələdə müalicə oluna bilən bu növ şişlərdən ölürlər", deyə Barinov bildirib.

Həkim kişilərə ildə bir dəfə rəqəmsal fluoroqrafiya, 40 ildən sonra isə fibroqastroskopiya və kolonoskopiya etməyi məsləhət görüb. O əlavə edib ki, ümumiyyətlə xərçəngin müalicəsi mümkün olan yeganə xroniki xəstəlik olması ilə razılaşır:

"Hələ hipertoniya, ürək-damar xəstəliyi və diabeti müalicə edə bilmirik. Onlar ömür boyu bir növ dərman qəbul etməlidirlər. Və bir çox bədxassəli şişləri sağaltmaq, kəsmək, çıxarmaq olar və yüksək, yüksək ehtimalla bir daha sizi narahat etməyəcəklər".

Samir

0