Polşanın baş naziri "Pegasus"dan istifadəni təsdiqlədi.

DÜNYA
19:19 / 13.02.2024
534

Polşanın baş naziri Donald Tusk ölkədə telefon dinləmələri üçün nəzərdə tutulmuş “Pegasus” casus proqramlarından geniş istifadə edildiyini təsdiqləyib. 

HİT.az xəbər verir ki, bu barədə polsatnews.pl məlumat yayıb.

Polşa prezidenti Anjey Duda ilə Nazirlər Kabinetinin iclası çərçivəsində Tusk ona "Pegasus"un qanuni və qeyri-qanuni olaraq alınmasını və istifadəsini təsdiq edən sənəd təqdim edib.

Baş nazir vurğulayıb ki, bu cür praktikaların siyahısı çox böyükdür və sənəd “ən çox qorxulanı” təsdiqləyir.

Tusk əlavə edib ki, proqram təminatının alınması Mərkəzi Antikorrupsiya Bürosunun təşəbbüsü ilə həyata keçirilib.

Tusk qeyd edib ki, prezidentə təqdim olunan sübutlar bu işdə mövcud olan sənədlərin və sübutların yalnız bir hissəsidir.

Bir gün əvvəl məlum olmuşdu ki, Polşa kəşfiyyat xidmətləri keçmiş baş nazir Mateuş Moravetskinin telefonunu dinləyib.

Polşa xüsusi xidmət orqanları Mateuş Moravetskinin daşınmaz əmlakı ilə maraqlanıb. Söhbət həmçinin COVID-19 pandemiyası zamanı keçmiş baş nazirin Material Ehtiyatları Agentliyi ilə təmaslarından gedir.

Samir

0