İkinci əl avtomobillərə maraq AZALIB

AVTO
10:54 / 14.02.2024
1029

Elektromobillərin geniş yayılmasının ardından ikinci əl avtomobillərə maraq azalıb.

Hit.az xəbər verir ki, dünya miqyasında ikinci əl avtomobillərin satış rəqəmləri aşağı düşüb.

Məlum olub ki, insanlar ikinci əl avtomobil almaq əvəzinə daha çox elektromobillərə yönəlirlər. Həmçinin, insanların yeni istehsal olunan avtomobillər almağa üstünlük verməsi də sözügedən statistikanın yaranmasına gətirib çıxarıb. Bu isə ikinci əl avtomobillərin qiymətinin bahalaşmasına səbəb olub. 

Ekspertlər isə bildirirlər ki, həm ikinci əl avtomobillərin baha olması, həm ehtiyat hissələrinin tapılmaması, həm də tez-tez problem yaratmaları alıcıların onlardan üz döndərməsi ilə nəticələnib. Bundan əlavə, insanlar yeni və müasir tələblərə cavab verən avtomobil almaqla uzun müddət ustaya müraciət etmək dərdi ilə üzləşməmək üçün elektromobillərə yönəlirlər. 

Qeyd edək ki, son zamanlarda ölkəmizdə də elektromobillərin ikinci əl avtomobillərdən daha çox satılması tendensiyası müşahidə olunur. 

Pərviz

1