ABŞ prezidenti Co Baydenin Latın Amerikası məsələləri üzrə müşaviri Xuan Qonzales martın ortalarında istefaya gedəcək.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Milli Təhlükəsizlik Şurasının (MTŞ) nümayəndəsinə istinadən məlumat yayıb.
Qonzalesi Qərb yarımkürəsi üzrə müdafiə nazirinin köməkçisinin müavini Daniel Erikson əvəz edəcək.
Agentlik mənbəsinin sözlərinə görə, Xuan Qonzales bir neçə aydır ki, azyaşlı uşaqlarına daha çox vaxt ayırmaq istədiyi üçün vəzifəsini tərk etməyi planlaşdırır. MTŞ Qonzalesi Meksika və Kanada ilə iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək üçün gördüyü işlərə görə yüksək qiymətləndirib. Qeyd edilir ki, o, həmçinin Venesuela prezidenti Nikolas Maduronu ABŞ-ın ölkəyə tətbiq etdiyi bir sıra iqtisadi sanksiyaların ləğvi müqabilində "azad və ədalətli seçkilər keçirməyə" inandırmağa kömək edib.
Maduro 2018-ci ildə yenidən seçilib və builki seçkilərdə iştirakını hələ elan etməyib. Yanvarda Venesuelanın Ali Məhkəməsi müxalifətin praymerizlərində qalib gələn Mariya Korina Maçadonun siyasi hüquqlardan məhrum edilməsinə dair qərarı təsdiqləyib, bu səbəbdən onun seçkilərdə iştirak edə bilməyəcək. Bundan sonra ABŞ Venesuela hakimiyyətini əldə olunmuş razılaşmaları pozmaqda ittiham edib.
Samir