NATO üzv ölkələri üçün dərhal hərbi təhlükə görmür.
HİT.az xəbər verir ki, bu barədə Brüsseldə mətbuat konfransı zamanı Alyansın baş katibi Yens Stoltenberq deyib.
"NATO-ya üzv ölkələr özlərinə qarşı heç bir hərbi təhlükə görmürlər", deyə baş katib bildirib.
Onun fikrincə, bunu blok ölkələrinin hərbi xərclərinin kəskin artması ilə izah etmək olar. Bununla yanaşı, Stoltenberq qeyd edib ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Vaşinqtonun Şimali Atlantika Alyansı ilə münasibətləri ilə bağlı açıqlamaları NATO-nun təhlükəsizliyinə zərbə vurur. O vurğulayıb ki, blok onilliklər ərzində sülhü qoruyub və mühafizə siyasəti yürüdür.
"Bizim bir-birimizi qorumayacağımızla bağlı iddialar hamımızın təhlükəsizliyini pozur", deyə Stoltenberq bildirib.
Hərbi-siyasi blokun baş katibi qeyd edib ki, NATO onilliklər ərzində sülhü qoruyub saxlayıb və mühafizə siyasəti həyata keçirib.
Donald Tramp Cənubi Karolinada seçkiqabağı mitinqdə çıxış edərək, müdafiəyə kifayət qədər pul xərcləməyən NATO ölkələrini nəinki müdafiə etməyəcəyini, hətta Rusiyanın belə ölkələrə potensial hücumlarını təşviq edəcəyini demişdi.
Samir